Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mərakeşin Kralı Əlahəzrət VI Məhəmmədə

Əlahəzrət,

Əziz Qardaşım,

Ölkənizin milli bayramı münasibətilə Sizə və Sizin simanızda qardaş Mərakeş xalqına öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı çatdırmaqdan məmnunluq duyuram.

Əminəm ki, Azərbaycan-Mərakeş ənənəvi dostluq əlaqələrini möhkəmləndirmək, həm ikitərəfli, həm də çoxtərəfli müstəvidə, xüsusilə BMT, İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatı çərçivəsində qarşılıqlı maraq doğuran əməkdaşlığımızın potensialından tam bəhrələnmək üçün bundan sonra da birgə səylər göstərəcəyik.

Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə müvəffəqiyyətlər, qardaş xalqınıza daim əmin-amanlıq və firavanlıq diləyirəm.

Hörmətlə,

 

İlham Əliyev

Azərbaycan Respublikasının Prezidenti

Bakı şəhəri, 27 iyul 2022-ci il

30 İyul 2022 14:45 - MƏKTUBLAR
MƏKTUBLAR

Köhnə versiyamızdan xəbərləri izlə