Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Hərbi qulluqçularımız Türkiyədə keçirilən kursu müvəffəqiyyətlə bitiriblər

Azərbaycan Ordusunun bir qrup hərbi qulluqçusu iki qardaş ölkə arasında imzalanmış “Hərbi təhsil sahəsində əməkdaşlıq haqqında” müqavilə çərçivəsində “AKINCI silahlı pilotsuz uçuş aparatının istismarı kursu”nda iştirak ediblər.

Müdafiə Nazirliyindən AZƏRTAC-a bildirilib ki, Türkiyənin Baykar Müdafiə sənayesi şirkətinin təşkilatçılığı ilə Təkirdağ şəhərində yerləşən Çorlu Təlim Uçuş Mərkəzində keçirilən kursun növbəti buraxılış mərasimi olub.

Mərkəzin rəhbəri Halil Akar açılış nitqi ilə mərasim iştirakçılarını salamlayaraq, təlim mərkəzi haqqında geniş məlumat verib və məzunlara səmimi arzularını çatdırıb.

Sonda kursu müxtəlif ixtisaslar üzrə müvəffəqiyyətlə bitirən hərbi qulluqçulara sertifikat və hədiyyələr təqdim edilib.

30 İyul 2022 20:04 - XƏBƏRLƏR
XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə