Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

"Aztelekom" CDMA xidmətini dayandırır

CDMA (Code Division Multiple Access) texnologiyasının əhəmiyyətli dərəcədə köhnəldiyi nəzərə alınaraq və dünya təcrübəsinə əsaslanaraq xidmət 31 avqust 2022-ci il tarixindən dayandırılacaq. 

Bu barədə Aztelekom” MMC-nin yaydığı məlumatda bildirilir.

Qeyd edilib ki, “Aztelekom” MMC bu xidmətə alternativ olaraq xidmətin dayandırılması ilə əlaqədar texniki imkanın olduğu bütün hallarda və ərazilərdə CDMA abunəçilərinə telekommunikasiya xidmətləri göstərəcək.

Abunəçilər telefoniya xidməti üzrə sorğu göndərmək üçün istənilən Telekommunikasiya qovşağına müraciət edə və ya əlavə məlumat üçün 170 nömrəsinə zəng edə bilərlər.

30 İyul 2022 11:00 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə