Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 3-cü və 16-cı bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. “Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1997, № 2, maddə 106; 2001, № 12, maddə 731; 2002, № 1, maddə 4; 2004, № 8, maddə 606, № 9, maddə 666; 2007, № 3, maddə 206, № 6, maddələr 560, 598, № 11, maddə 1078; 2008, № 8, maddə 699, № 11, maddə 960; 2009, № 6, maddə 395; 2010, № 4, maddə 276; 2013, № 12, maddə 1497; 2018, № 3, maddə 399, № 5, maddə 886, № 12 (I kitab), maddə 2481; 2019, № 7, maddə 1194; 2020, № 4, maddə 394, № 7, maddə 826; 2021, № 8, maddə 897, № 12, maddə 1316) aşağıdakı dəyişikliklər edilsin:

1.1. 21-ci maddə üzrə:

1.1.1. birinci, ikinci və altıncı hissələr ləğv edilsin;

1.1.2. üçüncü hissədə “2475 manat miqdarında” sözləri “3550 manat məbləğində” sözləri ilə əvəz edilsin;

1.1.3. beşinci hissədə “bir misli məbləğində” sözləri “iki misli həcmində” sözləri ilə əvəz edilsin;

1.2. 29-cu maddənin ikinci cümləsi çıxarılsın.

Maddə 2. Bu Qanun 2022-ci il iyulun 1-dən qüvvəyə minir.

 
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 iyun 2022-ci il
29 İyul 2022 15:57 - QANUNLAR
QANUNLAR

Köhnə versiyamızdan xəbərləri izlə