Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə milli elektromobilin istehsalına başlayır

Türkiyə prototipini hələ 2019-cu ildə Prezident Rəcəb Tayyib Ərdoğanın təqdim etdiyi milli avtomobilin istehsalına başlayıb.

TOGG markalı elektromobilinin ilk nümunələri İstanbulun cənubundakı Gemlik şəhərində yeni tikilən zavodun konveyerindən çıxıb. İlk nüsxəni brendin baş direktoru Gürkan Karakaş təqdim edib.

Qeyd edək ki, elektromobil hələ ki, Avropa standartlarına uyğunluq üçün sertifikatlaşdırma testlərindən keçməyib. Onun Türkiyədən kənarda da satışı planlaşdırılır.

Avtomobil iki modifikasiyada - 200 və 400 at güclü elektrik mühərriki ilə buraxılacaq. Ən güclü versiya 0-dan 100 km/saat sürətini 4,8 saniyəyə yığa biləcək. Elektromobilin maksimal gediş məsafəsi isə 500 km-ə yaxın olacaq.

Mənbə: motor.ru

28 İyul 2022 17:27 - TEXNİKA
TEXNİKA

Köhnə versiyamızdan xəbərləri izlə