Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“N” hərbi hissəsində silah təmiri sexi fəaliyyətə başlayıb

Müdafiə nazirinin müvafiq əmrinə əsasən “Bakı Qaz Tikinti Detal” zavodunun bazasında yaradılan “N” hərbi hissəsi Azərbaycan Ordusunda mövcud tank və zirehli avtomobil texnikasının, raket-artilleriya silahlarının müharibə və sülh şəraitində əsaslı təmiri üzrə ixtisaslaşdırılıb.

Müdafiə Nazirliyindən bildiriblər ki, təmir zamanı texnoloji ardıcıllığa riayət olu­nur, texnikanın mühərrikinə, hərəkət hissəsinə, rabitə avadanlıqlarına və silahla­rına tələb olunan qaydada zəmanət verilir.

“N” hərbi hissəsinin tərkibində fəaliyyət göstərən və yeni istifadəyə verilən silah təmiri sexində əsasən raket-artilleriya silahlarının, onların avadanlıqlarının, geri təpmə qurğusunun və digər hissələrinin təmiri təmir tex­nologiyasına uyğun həyata keçirilir.

Sexdə təmir olunan bütün silahlar təmirdən sonra poliqon sınaqlarında atışla yoxlanılır.

Qeyd edək ki, yeni təmir sexi istifadəyə verilən hərbi hissə 1992-ci ildən fəaliyyət göstərir.

“Xalq qəzeti”

7 İyul 2022 00:02 -

Köhnə versiyamızdan xəbərləri izlə