Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dejavü xəstəlik deyil

Bəzən olur ki, gündəlik həyatımızda qarşılaşdığı­mız hadisələri təkrar yaşayırmışıq kimi hiss edirik. Bu, bizə müəmmalı, bir o qədər də mistik görünür. Lakin bu hissin adı dejavüdür.

Dejavü yaşayarkən hansısa hadisəni əvvəllər görmüşük və ya başımıza gəlibmiş kimi düşünürük. Mütəxəssislərin fikrinə görə, in­sanların üçdə ikisi həyatlarında ən azı bir dəfə dejavü hissi yaşayır. Fransızca deja (daha əvvəldən) voir (görmək) mənasını verir. Bu, bir hadisəni yaşamaq və ya görmək hissi bəxş edir.

Bəri başdan deyək ki, dejavü xəstəlik deyil. Araşdırmala­ra görə, dejavü beynin fəaliyyətindəki kiçik bir anomaliyadan qaynaqlanır. Bu vəziyyət mütəmadi olaraq davam edərsə, təkrarlanarsa, hansısa xəstəliyin əlaməti kimi özünü büruzə verə bilər. Bu hissin tez-tez təkrarlanmasına daha çox şizofreniya və depressiyadan əziyyət çəkən insanlarda rast gəlinir. Əgər sözügedən hal davamlı olarsa, mütləq həkimə müraciət etmək lazımdır. Hər bir hadisənin və ya hissin səbəbi olduğu kimi dejavünün də başvermə səbəbləri var. İlk dəfə 1876-cı ildə fransız fizik Emile Boirac tərəfindən istifadə olunan “dejavü” anlayışı elmi ədəbiyyatda 1928-ci ildə Edward Bradford Tichenerin “Bir psixologiya kitabı” əsərində qeyd olunub. Tichenerin fikrincə, beyin təcrübə ilə bağlı qəti bir qavrayış yaratmadan əvvəl qismən qavrayış yaradır ki, bu da dejavü hissinin yaranmasına səbəb olur. Göründüyü kimi, dejavü bu və ya digər səbəblərdən qaynaqlanır. Onun alzheimer xəstəliyində effektiv olduğu bildirilir, lakin, bu elmi təsdiqini tapmayıb.

Şahxanım ƏLİZADƏ,

“Xalq qəzeti”

7 İyul 2022 00:04 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə