Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Türkiyə ordusu Suriyada antiterror əməliyyatı keçirib

Türkiyə ordusu Suriyanın şimalında daha 11 terrorçunu zərərsizləşdirib. “Anadolu” agentliyi bu barədə Türkiyə Milli Müdafiə Nazirliyinin rəsmi açıqlamasına istinadən məlumat yayıb.

Xəbərdə deyilir ki, PKK yaraqlıları “Fərat qalxanı” və “Barış pinarı” hərbi əməliyyatları zonalarında məhv ediliblər. Terrorçulara qarşı əməliyyatlar davam etdirilir.

Xatırladaq ki, son illər PKK terror təşkilatının Suriya və İraqda YPG və PYD saxta adları altında kəskin təxribatçılıq fəaliyyəti ilə məşğul olan törəmə qurumları Türkiyənin milli təhlükəsizliyinə ciddi təhdid törədir. Terrorçuları öz yuvalarında aşkar edib məhv etmək məqsədilə Türkiyə təhlükəsizlik qüvvələri Suriya və İraqda vaxtaşırı antiterror əməliyyatları həyata keçirir.

Məlum olduğu kimi, Suriyada artıq 11 ildən çox davam edən silahlı vətəndaş qarşıdurması səbəbindən bu ölkədən Türkiyəyə 3,5 mil­yona yaxın qaçqın gəlmişdir. Ankara qaçqınların könüllü surətdə öz doğma yurdlarına qayıtmaları üçün Suriya­nın şimalında təhlükəsizlik zonası yaratmağa çalışır. Bu məqsədilə Türkiyə tərəfindən bir çox mühüm tikinti və infrastruktur layihələri uğurla icra edilir.

Hazırda Türkiyə dün­yada qaçqınların ən çox məskunlaşdığı ölkədir. Qaçqınların bir qismi Türkiyə ərazisindən Avropaya can atır. “Köhnə qitə”də isə suri­yalı qaçqınların gəlişinə hər vəchlə mane olmağa cəhd edirlər.

Qaçqın problemi Türkiyə üçün ağır yükdür. Burada bir məqamı da qeyd etmək yerinə düşər. Belə ki, Avropa İttifaqı Ankaraya qaçqınların problemlərinin həllində ciddi maliyyə dəstəyi vəd etsə də, öz vədinə yalnız qismən əməl edib.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

6 İyul 2022 23:42 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 03:43
Rusiyada yoluxma yenidən artdı
18 Avqust 2022 | 03:04
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə