Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Neftdən nə xəbər?!

Dünya bazarında “qara qızıl”ın qiyməti artdığı halda birdən-birə kəskin azalmağa başladı. “Brent” markalı neftin qiyməti 10 faiz azalaraq 113,91 dollardan 102 do­lara düşdü. ABŞ-ın “WTI” markalı neftinin qiyməti 11,1 faiz azalaraq 110,46 dollardan 95,52 dollara, Azərbaycanın “AzeriLight” markalı neftinin qiyməti 8,6 faiz azalaraq 128,80 dollardan 117,70 dollara düşdü.

Analitiklər bildiriblər ki, dünyada baş verən qlobal riskli iqtisadiyyat, ABŞ-ın Fe­deral Ehtiyatlar Sisteminin uçot dərəcəsini qaldırması dünya bazarında neftin qiymətinin kəskin azalmasına səbəb olub. Hətta, Norveç neft-qaz sənayesi işçilərinin də tətili neftin qiymətinin aşağı düşməsinin qarşısını ala bilmədi.

Ekspertlər bildiriblər ki, zəif iqtisadiyyata az yanacaq sərf olunur. Buna görə də neftin qiyməti aşağı düşür.

Lakin az keçməmiş dünya bazarında “qara qızıl”ın qiyməti artmağa başladı. Londonun “İCE” (“Inter Continental Exchange Futures”) Birjasının məlumatına görə, “Brent” marka­lı neftin qiyməti 0,95 faiz artaraq bir bareli 106,20 dollar olub. “NYMEX” (“New York Mercantile Exchange”) Birjasının məlumatına görə, Texas sortu adlandırılan ABŞ-ın “WTI” markalı neftinin qiyməti 1 faiz artaraq bir bareli 100,5, Azərbaycanın “AzeriLight” markalı nef­tinin qiyməti 0,12 faiz artaraq bir bareli 118,10 dollar olub.

Qəzənfər QASIMOV,

“Xalq qəzeti”

6 İyul 2022 23:41 - İQTİSADİYYAT
İQTİSADİYYAT
17 Avqust 2022 | 15:46
Neft qiymətləri bahalaşıb
16 Avqust 2022 | 10:18
ARDNF xəbərdarlıq yayıb

Köhnə versiyamızdan xəbərləri izlə