Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Daşqınlar səbəbindən 85 min insan təxliyə ediləcək

Avstraliyanın Yeni Cənubi Uels əyalətinin paytaxtı Sidneydə iyunun 30-dan bəri davam edən güclü yağışlar və daşqınlar səbəbindən şəhər və ətraf ərazilərdə 85 min insanın təxliyəsi əmri verilib. Bu barədə “Anadolu” agent­liyi məlumat yayıb.

Son günlər yağan güclü yağışlar nəticəsində bənd və kanalların daşdığı Sidneydə şəhərin böyük hissəsi sellərə təslim olub. Yeni Cənubi Uels əyalətinin rəhbəri Domi­nik Perrottet sel səbəbiylə evləri su altında qalan və ya təhlükə altında olan 85 min insanın təxliyə ediləcəyini açıqlayıb. Əyalət rəsmiləri xatırladıblar ki, dünən 50 min nəfərin təxliyəsi əmri verilib. Səlahiyyətlilər bildiriblər ki, fəlakət artdıqca təxliyə əmri Sidney və ətraf ərazilərdə yaşayan 85 min insanı əhatə edəcək.

Yeni Cənubi Uels əyalətinin Fövqəladə xidmətlər rəhbəri Steph Cooke, Sidneydə yağışın təsirinin azaldığını, lakin daşqın səviyyəsinin bir çox bölgələrdə hələ də yüksək risk daşıdığını bildirib. Cooke, fövqəladə hallar işçilərinin gecə boyu qapı-qapı gəzərək evakuasiya qərarı barədə ictimaiyyətə məlumat verdiyi­ni açıqlayıb.

Avstraliyanın Baş naziri Entoni Albaneze federal yar­dımın sabah daşqından zərər çəkənlərə veriləcəyini bildirib.

Dünən Yeni Cənubi Uels əyalətində təxminən 23 yaşayış məntəqəsinin “fəlakət bölgəsi” elan edil­diyini xatırladan Albanese, bu yardımın indiyə qədər qəbul edilən ən sürətli ödəniş olduğuna diqqət çəkib. Albanese bunun Sidney və ətraf bölgələrdə 2021-ci ilin mart ayından bu yana 4-cü yüksək riskli daşqın olduğunu bildirib. Uzunmüddətli həll yolu axtardıqlarını qeyd edən Albanese, hökumətin işə baş­ladığı ilk gündə ölkənin iqlim dəyişikliyinə qarşı mövqeyi­nin dəyişdiyini deyib.

Qeyd edilir ki, Sidneydə güclü yağış və daşqın riski səbəbindən iyulun 3-də on minlərlə insan üçün təxliyə əmri verilib və sakinlər zərurət olmadıqca səyahətə çıxmamağa çağırılıb. Yeni Cənubi Uels ştatı ötən gün 23-ə yaxın yaşayış məntəqəsini “fəlakət zonası” elan edib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

6 İyul 2022 23:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 03:43
Rusiyada yoluxma yenidən artdı
18 Avqust 2022 | 03:04
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə