Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Mirzə Fətəli Axundzadənin 210 illiyi münasibətilə kitab sərgisi açılıb

Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Sabunçu rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin 1 nömrəli filialında Mirzə Fətəli Axundzadənin anadan olmasının 210 illiyinə həsr olunmuş sərgi təşkil edilib.

Baş İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, sərgidə müəllifin həyat və yaradıcılığından bəhs edən kitablar nümayiş edilib. Gün ərzində kitabxanaya gələn oxucular sərgi ilə tanış edilərək iştirakçılara Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri olan M.F.Axundzadənin həyat və yaradıcılığı haqqında məlumat verilib. Bildirilib ki, M.F.Axundzadə görkəmli dramaturq, maarifçi, şair, materialist filosof, həmçinin Azərbaycan dramaturgiyası və ədəbiyyatında ədəbi tənqidin banisidir.

Qeyd edək ki, Mirzə Fətəli Axundzadə 1812-ci ildə Nuxa şəhərində anadan olub. Atası Mirzə Məhəmmədtağı və anası Nanə xanım 1814-cü ildə Təbriz yaxınlığındakı Xamnə qəsəbəsinə köçüblər. M.F.Axundzadə 1878-ci ildə Tiflisdə vəfat edib və köhnə müsəlman qəbiristanlığında (indiki Tbilisi botanika bağının ərazisində) dəfn olunub.

6 İyul 2022 22:08 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə