Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət Vergi Xidməti çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində müvafiq tədbirlər görür

Dövlət Vergi Xidmətinin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsi çirkli pulların yuyulmasına qarşı mübarizə sahəsində Xidmətin səlahiyyətləri çərçivəsində müvafiq monitorinqlərini və digər aidiyyəti tədbirləri həyata keçirir. Bu sahədə DVX Maliyyə Monitorinqi Xidməti ilə sıx əməkdaşlıq edir.

  Dövlət Vergi Xidmətinin məlumatında qeyd edilib ki, bu fikirləri Xidmətin Beynəlxalq vergitutma və vergi monitorinqi Baş İdarəsinin rəisi Orxan Musayev deyib.

O, həmçinin qeyd edib ki, güzəştli vergi tutulan ölkələr və ərazilər üzrə Dövlət Vergi Xidməti tərəfindən mütəmadi olaraq müvafiq təhlillər aparılır və belə ölkələrin və ərazilərin siyahı üzrə yenilənməsi ilə bağlı aidiyyəti üzrə təkliflər verilir.

O.Musayev, eləcə də ölkəmizdə vergiödəyiciləri tərəfindən könüllü qaydada açıqlanan və nəzarət olunan əməliyyatların məbləğinin hər il 2 milyard manatdan çox olduğunu söyləyib. Buna görə də hər il transfer qiymətləndirmə ilə bağlı vergi nəzarəti tədbirlərinin aparılması üçün müvafiq risk meyarları əsasında yüksək, orta və aşağı riskli vergiödəyiciləri müəyyənləşdirilir.

6 İyul 2022 21:46 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə