Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2140 vaksin vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 541, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 188, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1254, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 157 nəfərdir.

Vurulan vaksinlərin ümumi sayı 13 776 901, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 266, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 854 859, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 313 744, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı isə 250 032 nəfər təşkil edir.

6 İyul 2022 16:49 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə