Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Sutka ərzində 69 yeni yoluxma faktı qeydə alınıb

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 69 yeni yoluxma faktı qeydə alınıb, 36 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən vəfat edən olmayıb.

Azərbaycanda indiyədək ümumilikdə 793 506 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 783 501 nəfər müalicə olunaraq sağalıb, 9718 nəfər vəfat edib, aktiv xəstə sayı 287 nəfərdir.

Ölkədə son sutka ərzində 2 755, hazırkı dövrədək isə 6 977 685 test aparılıb.

6 İyul 2022 16:52 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə