Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

QMİ sədri Koventri yepiskopu ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Koventri yepiskopu, Lordlar Palatasının üzvü Kristofer Koksvört ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, yepiskopun təşəbbüsü ilə baş tutan görüşdə Şeyxülislam Allahşükür Paşazadə 44 günlük Vətən Müharibəsi haqqında məlumat verib. O, 30 il işğal altında qalan Azərbaycan torpaqlarının Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu tərəfindən azad olunduğunu bildirib.

O söyləyib ki, Ermənistan Azərbaycana məxsus İslam abidələrini ya tamamilə məhv edib, ya təhqir edib, ya da mənşəyini saxtalaşdırıb. Azərbaycan məscidləri, ziyarətgahları, qəbiristanlıqları vandalizmə məruz qalıb. Məscidlərdə heyvanları saxlamaqla İslam dininə həqarət edilib. Bunun əksinə olaraq, Bakının mərkəzində erməni kilsəsi qorunub saxlanıb. İşğaldan azad olunmuş ərazilərdə Rus Pravoslav və qədim alban kilsəsinə məxsus kilsələr mövcud olub ki, onların mənşəyi qəsdən saxtalaşdırılaraq qriqoryanlaşdırılıb.

Şeyxülislam deyib: Azərbaycanda etnik və dini müxtəliflik ölkəmizin milli sərvəti kimi dəyərləndirilir. Qarabağ torpaqlarında bütün dini məbədlər bərpa edilir, yenidən qurulur və dövlət tərəfindən qorunur. Bölgəmizin ümumi sabitliyi və tərəqqisi üçün Azərbaycan və erməni xalqlarının sülh içində yanaşı yaşaması zəruridir”. Şeyxülislam bu gün Azərbaycanın sülhə çağırışlar etdiyi halda, qarşı tərəfin revanşizmə yönəldiyini qeyd edib.

Yepiskop Kristofer Koksvört görüşə görə Şeyxülislam Allahşükür Paşazadəyə təşəkkür edib. Öz növbəsində Şeyxülislam onu Azərbaycana dəvət edib.

Aynurə Tağıyeva

AZƏRTAC-ın xüsusi müxbiri

London

6 İyul 2022 16:15 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə