Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

2022-2026-cı illər üzrə xaricdə təhsil üçün Dövlət Proqramına sənəd qəbulu davam edir

“Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində xaricdə bakalavriat və magistratura təhsil səviyyələri üzrə nüfuzlu universitetlərdə təhsil almaq istəyən və ya hazırda təhsil alan Azərbaycan Respublikası vətəndaşları üçün açıq elan olunmuş sənəd qəbulu prosesi davam edir.

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müraciətlər iyulun 15-dək qəbul edilir. Elanın mətni nazirliyin saytında yerləşdirilib.

Qeyd edək ki, Dövlət Proqramının hədəf göstəricisi 2022–2026-cı illərdə, hər il 400 nəfərədək olmaqla, ümumilikdə isə 2000 nəfərədək Azərbaycan Respublikası vətəndaşının xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilinin təmin edilməsidir. Dövlət Proqramı çərçivəsində xarici ali təhsil müəssisələrində təhsil yerlərinin azı 80 faizi magistratura səviyyəsini əhatə edəcək.

6 İyul 2022 15:18 -

Köhnə versiyamızdan xəbərləri izlə