Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Fuad Muradov Şuşa haqqında kitab yazan alman alimlə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniyanın Qiesen Universitetinin dosenti, alim Mixael Reynhard Hessi qəbul edib.

Dövlət Komitəsindən "Xalq qəzeti"nə verilən məlumata görə, görüşdə alimin “Şuşanın irsi. Azərbaycanın mədəniyyət paytaxtının tarixi və inkişaf yolu” adlı kitabı barədə Azərbaycan dilində fikir mübadiləsi aparılıb.

M.Hess qeyd edib ki, kitabı yazmaqda əsas məqsədi Qarabağın və Şuşanın Azərbaycanın ədəbiyyat və mədəniyyət tarixindəki zəngin irsini geniş oxucuların diqqətinə çatdırmaqdır.

25 ildir Azərbaycanı tədqiq etdiyi üçün alimə təşəkkür edən Komitə sədri Qarabağ bölgəsi ilə bağlı xarici mütəxəssislər, elm adamları tərəfindən araşdırmaların aparılmasının vacibliyini vurğulayıb və alman dilində dərc olunan kitabın gələcəkdə digər xarici dillərə də tərcümə edilməsinin əhəmiyyət kəsb etdiyini qeyd edib.

6 İyul 2022 14:22 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə