Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Təhsil Nazirliyi müəllimlərin işə qəbulu və sertifikasiyası ilə bağlı açıqlama yayıb

Təhsil Nazirliyi müəllimlərin sertifikasiyası ilə bağlı açıqlama yayıb.

Qurumdan "Xalq qəzeti"nə verilən məlumata görə, nazirlik müəllimlərin işə qəbulu və sertifikasiya prosesi ilə bağlı heç bir şirkət və ya tədris mərkəzi ilə əməkdaşlıq etmir və bu şirkətlərin fəaliyyətinə görə məsuliyyət daşımır.

"Təhsil Nazirliyi bildirir ki, vətəndaşlara hər hansı şirkət və ya şəxs tərəfindən verilən vəd müəllimlərin işə qəbulu və sertifikasiya prosedurları çərçivəsində heç bir rol oynamır. Belə hallarla qarşılaşan vətəndaşlardan Təhsil Nazirliyinin Çağrı Mərkəzinin 146-3 nömrəli telefonuna (yalnız iş günləri və saatları ərzində) zəng, elektron (https://edu.gov.az/az/contact_us) və rəsmi "Whatsapp" xidmətinə (0512067848) müraciət etmələri xahiş olunur", - məlumatda qeyd olunub.

6 İyul 2022 14:09 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə