Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Dövlət orqanlarında vakant vəzifələr üzrə müsahibədə 104 nəfər uğur qazanıb

Əlli iki dövlət orqanında mövcud olan 282 vakant vəzifə üzrə (B növü) iyunun 13-dən başlanan müsabiqənin müsahibə mərhələsi davam edir.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, elana çıxarılan vəzifələr üzrə 4221 nəfər qeydiyyatdan keçib. Bu gün saat 11:20-dək olan məlumata görə, 104 namizəd müsahibələrdə uğur qazanaraq dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Müsabiqənin müsahibə mərhələsi oktyabrın 14-də başa çatacaq.

6 İyul 2022 11:45 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə