Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Uşaq musiqi məktəbinin şagirdi beynəlxalq müsabiqədə uğur qazanıb

Fransanın paytaxtı Parisdə keçirilən onlayn “Nouvelles Etoiles” beynəlxalq müsabiqəsində Niyazi adına 22 nömrəli uşaq musiqi məktəbinin piano ixtisası üzrə 5-ci sinif şagirdi Zəhra Aslanlı uğur qazanıb.

Baş İdarədən "Xalq qəzeti"nə verilən məlumata görə, beynəlxalq müsabiqələr laureatı olan Zəhra, 10-12 yaş kateqoriyasında 100 baldan 80 bal toplayaraq, II yerə layiq görülüb və diplomla təltif olunub. İstedadlı şagirdin müəllimi Gülnar Mirzəyeva təşəkkürnamə ilə təltif edilib.

6 İyul 2022 11:24 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə