Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

DİM bədən tərbiyəsi üzrə qabiliyyət imtahanı verəcək abituriyentlərə müraciət edib

Ali təhsil müəssisələrinin bədən tərbiyəsi və idman istiqamətinə aid ixtisaslarına qəbul üçün qabiliyyət imtahanı komissiyaları üzrə qeydiyyatdan keçmiş abituriyentlərin hərəkətlər üzrə nəticələri onların 11 illik təhsil bazasından kolleclərin idman ixtisaslarına qəbul üçün qeydiyyatdan keçdikləri qabiliyyət imtahanı komissiyalarına şamil ediləcək.

Dövlət İmtahan Mərkəzindən verilən "Xalq qəzeti"nə verilən məlumata görə, bundan əvvəl bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Məşqçilik (61, 62, 78, 79, 84 və 85-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə də şamil olunub. Ümumi (9 illik) orta təhsil bazasından orta ixtisas təhsili müəssisələrinin idman ixtisaslarına qəbul üçün bir neçə komissiya üzrə qeydiyyatdan keçmiş abituriyentlər üçün onların Fiziki tərbiyə müəllimliyi (152, 452, 552, 652, 752, 852 və 952-ci komissiyalar) komissiyalarından hər hansı birindən aldıqları müsbət nəticələr digərlərinə şamil olunub.

Abituriyentlərin nəzərinə çatdırılıb ki, imtahana gələrkən mütləq özləri ilə sağlam olduqlarını təsdiq edən sağlamlıq arayışını gətirməlidirlər. Gecikən abituriyentlər imtahana buraxılmayacaq.

Qeyd edilib ki, qiymətlərin şamil edilməsi abituriyentlərin müvafiq komissiyalar üzrə qeydiyyatdan keçdiyi halda mümkündür. Şamil olunan qiymətlərin geriyə qüvvəsi yoxdur. Yəni bir fənn üzrə alınan məqbul qiymət daha sonrakı - keçirilməyən imtahanlara şamil oluna bilər. Qabiliyyət imtahanının təkrar keçirilməsi ilə bağlı müraciətlərə baxılmır.

6 İyul 2022 10:55 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə