Ən son xəbərlər
Finlandiya və İsveç NATO-ya üzv olmaq üzrə danışıqlara başlayıb və bir raundda danışıqları başa vurublar.
NATO-nun yaydığı bəyanatda deyilir: “Finlandiya və İsveç iyulun 4-də NATO-nun Madriddə keçirilən sammitində əldə olunan razılaşmaya uyğun olaraq NATO-ya üzv olmaq üzrə danışıqları başa çatdırıblar. Hər iki ölkə NATO üzvlüyünün nəzərdə tutduğu siyasi, hüquqi və hərbi öhdəlikləri yerinə yetirmək istəyini və bacarıqlarını təsdiqləyib”.
Danışıqlar başa çatdıqdan sonra alyans üzrə müttəfiqlər iyulun 5-də NATO-nun mənzil-qərargahında Finlandiya və İsveçin alyansa qoşulması haqqında müqaviləni imzalayıblar.
Növbəti mərhələdə müqavilə İsveç və Finlandiya parlamentləri, həmçinin NATO-nun üzvü olan 30 ölkə tərəfindən ratifikasiya olunmalıdır.
Qeyd edək ki, NATO-nun Madrid sammitinin yekun bəyannaməsində deyilir ki, Finlandiya və İsveçin alyansa qoşulması NATO-nu daha güclü, Şimali Atlantika məkanını isə daha təhlükəsiz edəcək.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə