Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ukraynanın bərpası və inkişafı üçün 750 milyard dollar vəsait lazımdır

Ukraynanın Baş naziri Denis Şmıqal ölkənin bərpası və inkişafı üçün 750 mil­yard dollar vəsait lazım olduğunu bildirib.

İsveçrənin Luqano şəhərində Ukrayna İnkişaf Konfransında çıxış edən Denis Şmıqal Rusiyanın hücumları nəticəsində dəyən zərərdən danışıb. O, müharibənin başladığı 24 fevraldan indiyə qədər Ukraynada infra-struktura vurulan ziyanın 104 milyard dollara yaxın olduğunu vurğulayaraq, ölkəsinin yenidən qurulması üçün üç mərhələli inkişaf planı həyata keçirilməsinin lazım gəldiyini deyib.

Baş nazir qeyd edib ki, ilk mərhələdə əhalinin yaşayışının normal vəziyyətə qa­yıtmasını təmin etməliyik. İkinci mərhələdə müvəqqəti evlər, xəstəxana və məktəb bina­ları tikilməli, üçüncü mərhələdə isə ölkənin ümumi inkişaf planı həyata keçirilməlidir. İnki­şaf planının reallaşmasına 750 milyard dollar vəsait tələb olunacaq. Şmıqal sual edib: “Bu yenidənqurma planı üçün lazım olan vəsaiti kim ödəyəcək?”.

Denis Şmıqal bildirib ki, müharibə dövründə ən azı 45 milyon kvadratmetr mənzil sahəsi, 656 xəstəxana, 1200-dən çox təhsil müəssisəsi, 25 min kilometr yol, 300 körpü, 12 aeroport dağıdılıb.

Konfransda çıxış edən Avropa Komis­siyasının prezidenti Ursula fon der Lyayen Ukraynanın müharibə sonrası yaralarının sağaldılması üçün Avropa İttifaqının özəl platforma yaradacağını bildirib.

“Xalq qəzeti”

6 İyul 2022 01:28 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə