Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Ukraynaya, ümumilikdə, 1,5 min tondan çox humanitar yük göndərib

Ukraynanın Azərbaycandakı səfiri Vladislav Ka­nevski Sumqayıtın Ukraynanın Çerkassı vilayətinə göndərdiyi 50 ton həcmində humanitar yardımın yola salınması zamanı Heydər Əliyev Beynəlxalq Hava limanında bildirib ki, Azərbaycan Ukrayna­ya, ümumilikdə, 1,5 min tondan çox humanitar yük təqdim edib.

Səfir Vladislav Kanevcki deyib: "Mən Ukraynaya bu cür humanitar yardımın təqdim olunmasına görə dost Azərbaycana və Azərbaycan xalqına səmimi təşəkkürümü bildirmək istəyirəm. Ümumilikdə Azərbaycan Ukraynaya 20 milyon dollardan çox dəyərdə 1,5 min ton vacib humanitar yük göndərib. Bu, təkcə formal jest deyil, Azərbaycan dinc Ukrayna sakinlərinə kritik vacib kömək göstərir. Bunlar qida məhsulları və tibbi avadanlıqlardır. Sevindiricidir ki, Ukrayna­ya humanitar yardım prosesi yeni səviyyəyə çıxıb və bunun­la bağlı mən qardaşlaşmış Çerkassı şəhərinə köməyə görə Sumqayıt şəhər icra hakimiyyətinə təşəkkürümü bildirirəm. Bu təşəbbüs Azərbaycanın digər şəhər və rayonları üçün nümunə olub və onlar Ukraynaya aktiv kömək göstərməyə başlayıb. Bu, Ukrayna və Azərbaycan xalqları arasında əsil dostluq jestidir".

6 İyul 2022 00:28 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə