Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Azərbaycan Tarixi Muzeyində Qarabağ xanı İbrahimxəlil xan Cavanşirə məxsus şeşpər sərgilənir

Milli Azərbaycan Tarixi Muzeyinin silah kolleksiyası Azərbaycanın zəngin tarixi keçmişi, şanlı hərb tariximizi əks etdirən materiallarla zəngindir.

Muzeydən verilən məlumatda bildirilir ki, muzeyin mate­rialları arasında XVIII-XIX əsrin birinci rübündə Azərbaycan xanlarının hakimiyyət rəmzləri də (şəxsi ştandart, tuğ, buncuq, şeşpər, toppuz) yer alır. Təqdim olunmuş şeşpər Qarabağ xanı İbrahimxəlil xan Cavanşirin (1763 –1806) hakimiyyət rəmzi hesab olunub.

Şeşpər 1806-cı ildə İbrahimxəlil xanın qətli zamanı rus qoşunları tərəfindən ələ keçirilmişdir. 1913- 1917-ci illərdə Tiflisdəki Qafqaz Hərbi-Tarix Muzeyində nümayiş olunmuş, 1928-ci ildə Azərbaycan Tarixi Muzeyinin direktoru Davud bəy Şərifov tərəfindən Azərbaycana qaytarılmışdır. Poladdan olan şeşpər bütövlükdə qızıl işləmələrlə, nəbati ornamentlərlə bəzədilmişdir.

Muzeyin silahlar və bayraqlar fondunda mühafizə edilən şeşpər hazırda Qarabağ, xüsusilə, Şuşa şəhərinin tarixinə dair sərgidə ziyarətçilər üçün nümayiş olunur.

Samirə ƏLIYEVA, “Xalq qəzeti”

6 İyul 2022 00:48 - MƏDƏNİYYƏT
MƏDƏNİYYƏT

Köhnə versiyamızdan xəbərləri izlə