Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Nəsimi rayon təşkilatı YAP-ın yerli strukturları arasında fəallığı ilə seçilir

Azərbaycanın siyasi həyatında Yeni Azərbaycan Partiyasının müstəsna rolu vardır. YAP ictimai-siyasi zərurətdən yaranan ümumxalq partiyasıdır. Partiyanın yarandığı dövrdə ölkəmizdə hökm sürən xaos, anarxiya və hərc-mərclik Azərbaycanın öz müstəqilliyini itirmək təhlükəsi ilə üzləşməsinə səbəb olmuşdu. Hakimiyyətdə olan səriştəsiz qüvvələr ölkəni dərin siyasi böhrandan xilas etmək iqtidarında deyildi. Bu hadisənin fonunda ölkəmizin üzləşdiyi siyasi, iqtisadi böhran və tənəzzül meyilləri, həmçinin mənəvi-ideoloji kataklizmlər Yeni Azərbaycan Partiyasının yaranmasını zəruri etdi.

Belə bir şəraitdə 91 ziyalı yaranacaq Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verməsi üçün 1992-ci il oktyabrın 16-da ulu öndər Heydər Əliyevə müraciət etdi. Ümummilli lider Heydər Əliyev ziyalılara göndərdiyi cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi. 1992-ci il noyabrın 21-də Naxçıvanda 550-dən çox nümayəndənin iştirakı ilə keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası yaradıldı və Heydər Əliyev partiyanın sədri seçildi. Yarandığı gündən YAP-ın ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub saxlanılmasından, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosial­yönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız ötən illər ərzində öz məqsədlərinə uyğun fəaliyyət göstərib.

Partiyamız yarandığı vaxtdan xalqımıza xidmət onun başlıca amalı olub. Ümummilli liderimizin müəyyən etdiyi dövlətçilik prinsipinə söykənən Yeni Azərbaycan Partiyası ölkəmizin ən qabaqcıl nümayəndələrini öz sıralarında birləşdirərək müstəqil Azərbaycan dövlətinin qurulması yolunda geniş, çoxşaxəli fəaliyyət göstərib. Prezidentimiz cənab İlham Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildikdən sonra isə partiyamızın həyatında yeni mərhələ başladı.

Partiyanın keçdiyi tarixi yoldan danışarkən YAP sədri, Prezident İlham Əliyev bildirmişdir ki, partiyanın çox böyük tarixi var. Partiya ulu öndər Heydər Əliyev tərəfindən çox çətin, ağır şəraitdə yaradılmışdır. Ondan sonra partiyanın bütün fəaliyyəti Azərbaycan xalqına xidmətdən ibarət olmuşdur. Bizim partiyamız müxalifətdə yaranmışdır. Yəni biz ilk fəaliyyətimizi müxalifət partiyası kimi başlamışıq. Ancaq buna baxmaya­raq, Azərbaycanın qarşısında duran bütün çətin vəzifələrin həlli işində bizim partiyamız çox fəal iştirak etmişdir. Bu, bir daha onu göstərir ki, Yeni Azərbaycan Partiyası Azərbaycan dövlətçiliyini möhkəmləndirən və Azərbaycan dövlətçiliyini ən uca tutan partiyadır.

Qeyd etmək lazımdır ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində yerli strukturların işinin təşkili də vacib amillərdən biridir. Ötən dövr ərzində partiyanın rayon və şəhər təşkilatları təkmil şəkildə formalaşaraq partiyamızın mo­nolitliyinin təmin olunmasında mühüm faktor kimi çıxış edirlər. Partiyanın Nəsimi rayon təşkilatı da YAP-ın yerli strukturları arasında hər zaman fəallığı ilə seçilməyə çalışmış­dır. Hazırda təşkilatımızın üzvləri əlamətdar hadisə ərəfəsindədir. İyulun 6-da YAP Nəsimi rayon təşkilatının yaradılmasının 29-cu ildö­nümü tamam olur. Belə ki, 6 iyul 1993-cü ildə Azərbaycan Tibb Universitetinin akt zalında 240 nəfərin iştirakı ilə təşkilatımızın təsis konfransı keçirilib. Ötən 29 ildə YAP Nəsimi rayon təşkilatı böyük inkişaf yolu keçib. Hazırda 100 ərazi partiya təşkilatında minlərlə YAP üzvü birləşib. Təşkilatımızda bu günə qədər partiya üzvlüyünə qəbul edilənlərin sayı 31 min 318 nəfərdir. O cümlədən, qadınlar 16 min 39 nəfər, gənclər isə 9 min 440 nəfər təşkil edib.

Fəaliyyəti dövründə YAP Nəsimi rayon təşkilatı üzərinə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışıb. 2018-ci il prezident, 2019-cu il bələdiyyə, 2020-ci il parlament seçkiləri və Zəfər ili kimi yaddaşımıza və tariximizə əbədi yazılıb. Rayon təşkilatımız bu seçkilərdə öz üzərinə düşən işi partiya üzvlərinin köməyi ilə layiqincə yerinə yetirməyə çalışıb, təşviqat və təbliğatın təşkilində partiyanın ən nüfuzlu və fəal üzvlərinin mütəşəkkil formada cəlb olunmasını və iştirakını təmin edib. Sözsüz ki, bütün bu uğurlarda iqtidar partiyası olan partiyamızın böyük rolu vardır.

YAP Nəsimi rayon təşkilatı fəaliyyətini par­tiyamızın nizamnaməsi, təşkilatın rəhbərliyinin tapşırıq və təlimatları əsasında qurub. Partiyamı­zın VII qurultayının materialları, xüsusilə də YAP sədri cənab İlham Əliyevin qurultaydakı proqram xarakterli çıxışı rayon təşkilatında, eləcə də, ərazi təşkilatlarında geniş müzakirə edilərək fəaliyyətimizin gündəlik və direktiv yol xəritəsi kimi qəbul olunub. Qeyd etmək istəyirəm ki, rayon təşkilatının təsdiq edilmiş iş planına uyğun olaraq, 2022-ci ildə əsas 8 istiqamət üzrə 100-dən artıq tədbir və layihə həyata keçirilib. Bütün bu tədbirlər ərazi partiya təşkilatları ilə birgə keçirilib və mətbuatda, sosial şəbəkələrdə işıq­landırılıb. Partiyamızın strateji kursu ictimaiyyət tərəfindən böyük rəğbət və məhəbbətlə qarşı­lanıb. Prezidentimizə olan etimadın, inamın və məhəbbətin nəticəsidir ki, 2018-ci ildə prezident, 2019-cu il bələdiyyə, 2020-ci il növbədənkənar parlament seçkilərində xalq partiyanın vahid namizədlərini birmənalı olaraq dəstəkləyərək onlara səs verdi.

Nəsimi rayon təşkilatı həyata keçirilən layihələrdə üzərinə düşən vəzifə və öhdəlikləri daim yerinə yetirməyə çalışmışdır. Ötən illərdə olduğu kimi, son hesabat dövründə də rayon təşkilatının ən ümdə vəzifələrindən biri əhali ara­sında ideoloji işin gücləndirilməsi olub. Heydər Əliyev irsinin təbliği, Prezidentimizin daxili və xa­rici siyasəti gənclərimizlə apardığımız işin təməl prinsipidir. Ölkəmizin intellektual gənclərinin partiya sıralarına daxil olmasının əsas səbəbi də məhz möhtərəm Prezidentimizin əsas prioritet kimi gələcək inkişafa və bu prosesdə gəncliyə önəm verməsidir. Onu da qeyd etmək istəyirəm ki, Prezidentimizin son qurultayda hər bir partiya üzvünə ünvanlanmış şəhid və qazi ailələrinə, müharibə veteranlarına diqqət və qayğının göstərilməsi mesajları rayon təşkilatının gündəlik işinin əsas istiqamətidir. Təqdirəlayiq haldır ki, 44 günlük Vətən müharibəsinin bir qrup qəhrəman döyüşçü könüllüsü olaraq, partiya sıralarına daxil olub. Şəhid ailələri ilə davamlı olaraq əlaqə saxlayır və onların problemlərinin həllinə çalışırıq. Partiyamızın rayon təşkilatı tərəfindən Vətən müharibəsində qazanılan Zəfərin ildönümünə həsr edilmiş “Dəmir yumruq” fləşmobu təşkil olunub.

Təbii ki, görülən işlərlə kifayətlənməməliyik. Hesab edirəm ki, rayonumuzun potensialını nəzərə alsaq, təşkilatımız daha çox iş görmək imkanına malikdir və bu vəzifənin öhdəsindən layiqincə gəlməyə çalışacağıq.

YAP Nəsimi rayon təşkilatının üzvləri üçün daha bir əlamətdar hadisə bu il partiyamızın 30-cü ildönümünün tamam olmasıdır. Təşkilatımız tərəfindən bu tarixi hadisə münasibətilə müxtəlif tədbir və layihələrin həyata keçirilməsi nəzərdə tutulur. Bütövlükdə isə, təşkilatımızın çoxminli üzvləri bundan sonra da cənab Prezident, parti­yamızın sədri İlham Əliyevin və respublikamızın Birinci vitse-prezidenti, YAP sədrinin birinci mü­avini Mehriban xanım Əliyevanın tövsiyə və tap­şırıqlarının yüksək səviyyədə yerinə yetirilməsi üçün bütün gücü ilə fəaliyyət göstərəcək.

Azər SÜLEYMANOV,

YAP Nəsimi rayon təşkilatının sədri, tarix üzrə fəlsəfə doktoru

6 İyul 2022 00:48 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə