Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti AÇIQ TENDER ELAN EDİR

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti

Regionlarda kənd yaşayış məntəqələrində su təchizatı sisteminin tikintisi layihəsi çərçivəsində “Şabran, Gədəbəy və Şəmkir rayonlarının bir sıra kəndlərinin içməli su təminatının yaxşılaşdırılması” işlərinin satın alınması üçün

AÇIQ TENDER ELAN EDİR

 

Tender iştirakçılarına təklif olunur ki, öz tender təkliflərini möhürlənib imzalan­mış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.

Müqaviləni yerinə yetirmək üçün tender iştirakçıları oxşar təcrübəyə, lazımi maliyyə və texniki imkanlara malik olmalıdırlar.

Tenderdə iştirak etmək istəyənlər aşa­ğıdakı məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra Azərbaycan dilində tərtib olunmuş əsas şərtlər toplu­sunu Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin Satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsindən (əlaqələndirici şəxs- Abışev Murad Çingiz oğlundan, telefon- + 99 412 431 47 67/87 – daxili 1087 E-mail: [email protected] və Novruzov İntizam Cəmil oğlundan, telefon- + 99 412 431 47 67 – daxili 2259, E-mail: intizam.novru­[email protected]) ala bilərlər.

Tenderdə iştirak haqqı 500 (beş yüz manat )manatdır.

İştirak haqqı heç bir halda geri qayta­rılmır.

Təşkilat- “Azərsu” Açıq Səhmdar Cəmiyyəti

VÖEN- 9900001751

Bank- “Kapitalbank” ASC-nin 1 saylı Nəsimi filialı

Kod- 200112

VÖEN- 9900003611

Yerli valyutada hesab nömrəsi AZ65AI­IB33070019441100216111

Xarici valyutada hesab nömrəsi AZ55AIIB33170018401100216111

M/h- AZ­37NABZ01350100000000001944

SWIFT- AIIBAZ2X

İştirakçılar tenderdə iştirak üçün aşağı­dakı sənədləri təqdim etməlidirlər:

- tenderdə iştirak etmək üçün ərizə;

- iştirak haqqının ödənilməsini təsdiq edən bank sənədi;

- tender təklifi (zərflərin açıldığı tarixdən sonra ən azı 65 bank günü ərzində qüvvədə olmalıdır);

- tender təklifi dəyərinin 1 faizi həcmində bank təminatı (təminatın qüvvədə olma müddəti tender təklifinin qüvvədə olma müddətindən 30 bank günü çox olmalıdır);

- tender iştirakçısının tam adı, nizamnaməsi (hüquqi şəxslər üçün), qey­diyyatdan keçdiyi rekvizitləri;

- malgöndərənin (podratçının) işin icrası üçün müqavilə imzalayacağı subpod­ratçı barədə konkret subpodratçının adı göstərilməklə məlumatlar (əlavə №19);

- malgöndərənin (podratçının) son bir ildəki (əgər daha az müddət fəaliyyət göstərirsə, bütün fəaliyyəti dövründəki) maliyyə vəziyyəti barədə bank tərəfindən verilmiş arayış;

- Azərbaycan Respublikasında vergilərə və digər icbari ödənişlərə aid yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin, habelə son bir il ərzində (fəaliyyətini dayandırdığı müddət nəzərə alınmadan) vergi ödəyicisinin Azərbaycan Respublika­sının Vergi Məcəlləsi ilə müəyyən edilmiş vəzifələrinin yerinə yetirilməməsi hallarının mövcud olmaması barədə arayış;

- iddiaçının satınalma müqaviləsini bağlamaq səlahiyyətinin olması (şəxsin səlahiyyətli olması barədə əmr təqdim edilməlidir);

- öz əmlakından sərbəst və məhdudiyyətsiz istifadə etmək imkanı, habelə ödəmə qabiliyyəti olması barədə arayış;

- müflis elan olunmaması, əmlakı üzərinə həbs qoyulmaması, ödənişə yönəlmiş girovun olmaması, məhkəmənin qərarı ilə kommersiya fəaliyyəti dayandırıl­mış şəxs olmaması barədə arayış (Ədliyyə Nazirliyindən alınmış müvafiq arayış);

- satınalma prosedurlarının başlan­masından əvvəlki 5 il ərzində özlərinin, habelə işlərini idarə edənlərin, qulluq­çularının peşəkar fəaliyyətləri, yaxud satınalma müqaviləsinin bağlanması üçün ixtisas göstəricilərini yanlış göstərmələri ilə əlaqədar cinayətə görə məhkum olunmama­sı, yaxud onların müvafiq peşə fəaliyyətləri ilə məşğul olmasının məhkəmə qaydasında qadağan edilməməsi barədə arayış;

- Azərbaycan Respublikasının dövlət standartlarına uyğun olaraq I və II məsuliyyət səviyyəli bina və qurğuların tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi üçün verilmiş xüsusi razılıq (lisenziya) və onun əsasında həyata keçirilməsinə icazə verilən işlərin siyahısı;

- malgöndərənin (podratçının) son bir ildəki fəaliyyəti haqqında vergi orqanları tərəfindən təsdiq edilmiş maliyyə hesabatı­nın surəti (vergi orqanının rəsmi blankında və ya elektron sənədin notarial qaydada təsdiq olunmuş surəti təqdim edilməlidir);

- mühasibat balansları, mənfəət və zərər haqqında hesabat;

- kənar audit tərəfindən tərtib olunmuş son bir ildəki audit hesabatları (əgər varsa);

- satınalma müqaviləsinin icrası­nı təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin, etibarlılığının olması son beş il (2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək ) ərzində ümumi məbləği 4 milyon manatdan az olmayan, oxşar işi əhatə edən (oxşarlıq layihə və texniki spesifikasiyalarda təsvir edilən fiziki ölçüyə, mürəkkəbliyə, metodlara, texnologiyaya və digər xüsusiyyətlərə əsaslanmalıdır) baş podratçı kimi ən azı iki sifarişi qənaətbəxş şəkildə icra etməsi haqqında məlumat və təsdiqedici sənədlər, son beş il (2017-ci il yanvarın 1-dən 2021-ci il dekabrın 31-dək ) ərzində ən azı 5 milyon manat dövriyyə tələb olunur və TMV-nin 1.6-cı bəndində tələb olunan digər tələblər. Tenderdə iştirak üçün iki və ya daha artıq tərəfdaş şirkətdən ibarət birgə müəssisə yaratdıqda, TMV-nin 1-ci və 2-ci bəndlərində tələb olunan sənədlər hər bir şirkət üçün ayrılıqda təqdim edilməlidir.

Sənədlər Azərbaycan dilində, 2 nüsxədə (1 əsli və 1 surəti) tərtib olun­malıdır (xarici dildəki tender təklifləri Azərbaycan dilinə tərcümə edilməlidir).Tender proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanu­nunun tələblərinə uyğun keçiriləcəkdir.

İştirakçılar tenderdə iştirak üçün yuxa­rıda göstərilən sənədləri (tender təklifi və bank təminatı istisna olmaqla) 11 avqust 2022-ci il saat 16.00-a , tender təklifi və bank təminatını isə möhürlənmiş ikiqat zərfdə 19 avqust 2022-ci il saat 16.00-a qədər Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətinin satınalmaların təşkili və müqavilələrin idarə olunması şöbəsinə təqdim etməlidirlər.

Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır. Tender iştirakçılarının təklifləri Bakı şəhəri, Moskva prospekti 67 nömrəli ünvanda yerləşən “Azərsu” Açıq Səhmdar Cəmiyyətində 22 avqust 2022-ci il saat 16.00-da açılacaqdır.

Tender iştirakçılarının səlahiyyətli nümayəndələri zərflərin açılışında iştirak edə bilərlər.

Tender komissiyası

 

6 İyul 2022 00:41 - REKLAM VƏ ELAN
REKLAM VƏ ELAN
17 Avqust 2022 | 00:59
BİLDİRİŞ

Köhnə versiyamızdan xəbərləri izlə