Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Rusiya Prezidenti: Komandanlar hərbi əməliyyatların davam etdirilməsi təklifini irəli sürüblər

usiya Prezidenti Vladimir Putin bəyan edib ki, Mərkəz Hərbi Dairəsi Qoşunlarının və Hava- Kosmuk Qüvvələrinin komandanları Aleksandr Lapin və Sergey Surovikin Ukraynada xüsusi hərbi əməliyyatı davam etdirmək barədə təklif irəli sürüblər. Məlumatı “İnterfaks.ru” verib.

Putin Müdafiə naziri Sergey Şoyqu ilə görüşündə bildirib: “General-polkovnik Lapin Aleksandr Pavloviç və ordu generalı Surovikin Sergey Vladimiroviç mənə qarşılarına qoyulmuş vəzifələrin icrası ilə bağlı məruzə etdilər”.

Dövlət başçısı qeyd edib ki, onlar “hücum əməliyyatlarının davam etdirilməsi barədə öz təkliflərini” irəli sürüblər.

Bundan əlavə, Prezident Putin Luqansk regionunda aparılan əməliyyatlarda işti­rak etmiş ordu hissələrində xidmət edən hərbçilərin dincəlməli və döyüş qabiliyyətlərini artırmalı, digərlərinin isə plan üzrə xidmətlərini davam etdirməli olduğunu bildirib.

Rusiya Prezidenti deyib: “Müdafiə Nazirliyi və Baş Qərargah yerlərdəki komandirlərin bütün təkliflərini nəzərə alır. Aktiv döyüşlərdə iştirak etmiş və uğur qazanmış, Luqansk istiqamətində qələbə əldə et­miş hərbi hissələr, şübhəsiz ki, dincəlməli və özlərinin döyüş imkanlarını artırmalı­dırlar”.

Putin deyib ki, “Şərq” və “Qərb” qruplaşmaları da daxil olmaqla digər hərbi hissələr əvvəllər təsdiq olunmuş plan üzrə vəzifələrini yerinə yetirməlidirlər. Prezident ümid etdiyini bildirib ki, “onların iştirak etdikləri istiqamətlərdə də hər şey Lu­qanskda olduğu kimi olacaq”.

Qeyd edək ki, Müdafiə Nazirliyi iyunun 24-də Rusiya ordusunun “Mərkəz” və “Cənub” qruplaşmaları komandanlarının adlarını açıqlamışdı. “Cənub” qrup­laşmasına Sergey Surovikin, “Mərkəz” qruplaşmasına isə Aleksandr Lapin komandan­lıq edirlər.

Paşa ƏMİRCANOV, “Xalq qəzeti”

6 İyul 2022 00:39 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə