Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısına daha 6 nəfəri əlavə edib

Böyük Britaniya hökuməti Rusiya Federasiyası ilə bağlı sanksiyalar siyahısına daha altı fiziki şəxsi və bir xəbər saytını əlavə edib. Bu barədə BBC agentliyi krallığın Maliyyə Nazirliyinin rəsmisinə istinadən xəbər yayıb.

Məlumata əsasən, sanksiyalar siyahısına KİV ilə əlaqəli şəxslər, Rusiya vətəndaşları Mixail Sinelin, Aelita Mamakova, Yevgeni Qlotov, Yuri Fedin, Darya Dugina və Alyona Çuquleva əlavə ediliblər.

Bundan əlavə, Londonun versiyasına görə, “Rusiyanın xeyrinə dezinformasiya yayan” və Türkiyədə qeydiyyatda olan “United World İnternational” internet saytı da sanksiyalar siyahısına daxil edilib. Sanksiyalar siyahısına əlavə edilmə aktivlərin dondurulmasını nəzərdə tutur.

Xatırladaq ki, bu il fevralın 24-də Rusiyanın Ukraynaya hücumundan sonra əksər Qərb dövlətləri, xüsusilə ABŞ və Böyük Britaniya Rusiyaya qarşı bir çox sərt sanksiyalar tətbiq ediblər. London Rusiyaya qarşı sanksiyaları bundan sonra da davam etdirəcəyini bəyan edib.

Rəsmi Moskva isə hesab edir ki, Rusiya–Ukrayna sa­vaşının başlanmasına səbəb məhz Qərbin Ukraynanı özünün siyasi, hərbi, iqtisadi, mədəni təsir dairəsinə çıxar­maq cəhdləri olmuşdur. Ru­siya rəsmiləri hesab edirlər ki, NATO-nun Şərqə doğru genişlənməsi yolverilməzdir və bu siyasət Rusiyanın milli maraqlarına təhdiddir.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

6 İyul 2022 00:36 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə