Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Gürcüstan

İqtisadiyyat artıb

Cari ilin yanvar– may aylarında Gürcüstanda Ümumi Daxili Məhsul (ÜDM) 11,2 faiz artıb. Bu barədə Gürcüstanın Milli Statistika İdarəsi məlumat yayıb. Bildirilir ki, hesabat dövründə ən çox artım nəqliyyat və anbar təsərrüfatı, elektrik, qaz, buxar və kon­disioner təchizatı, mehmanxana və restoranlar, istehsal, tikinti, mədənçıxarma sənayesində qeydə alınıb.

Xəbəri “Novosti Qruziya” verib.

Fransa

37 milyard dollarlıq sifariş

Fransanın “Air­bus” şirkəti irihəcmli sifariş alıb. Bildirilir ki, Çinin “China Sout­hern Airlines”, “China Eastern Airlines” və “Air China” aviakom­paniyaları ümumi dəyəri 37 milyard dollar olan 292 ədəd “Airbus A320neo” təyyarəsi sifariş edib.

Məlumata görə, “China Southern” və “Air China” hər biri 96, “China Eastern” isə 100 təyyarə sifariş verib.

Məlumatı “Le Figaro” yayıb.

Ukrayna

700 milyon dollar yardım

Avropa İnves­tisiya Bankı (AİB) Ukraynaya əlavə olaraq 700 milyon dollar ayıracaq. Bildirilir ki, bunu bankın vitse-pre­zidenti Tereza Çervinskaya İsveçrənin Luqano şəhərində keçirilən Ukraynanın Yenidənqurulması üzrə Beynəlxalq Konfrans­da açıqlayıb. O deyib: “Avropa İnvestisiya Bankı Ukrayna­nı dəstəkləməyə davam edəcək. Tez zamanda bərpa və uzunmüddətli dəstək lazımdır”.

Xəbəri UNİAN verib.

Pakistan

Terakt nəticəsində 10 hərbçi yaralanıb

Pakistanın Şimali Vəziristan əyalətində ağır ter­ror aktı törədilib. Pakistan Müdafiə Nazirliyinin yaydığı məlumata görə, kamikadze partlayıcı qurğunu xüsusi təyinatlı qüvvələrin avtomobil karvanı yaxınlığında işə salıb. Nəticədə 10 hərbçi yaralanıb. Onlardan üçünün ağır vəziyyətdə olduğu bildirilir.

Xəbəri “Dawn” nəşri verib.

İtaliya

Mandraqora “Fiorentina”ya keçib

İtaliyanın “Yuven­tus” futbol klubunun yarımmüdafiəçisi Rolando Mandraqora “Fiorentina”ya keçib. Mandraqoranın keçidi “Fiorentina”ya 8,2 milyon avroya başa gəlib. Bildirilir ki, bu məbləğ üç mövsüm ərzində ödəniləcək. Qeyd olunur ki, Mandraqora ötən möv­süm icarə əsasında “Torino”da çıxış edib.

Məlumatı “AS” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

6 İyul 2022 00:32 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə