Ən son xəbərlər
Bir sıra ali təhsil ocaqlarının professor-müəllim heyəti, həmçinin Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyinin mütəxəssislərinin “AzerGold” QSC-nin Çovdar İnteqrəolunmuş Regional Emal Sahəsinə (ÇİRES) səfəri təşkil olunub.
QSC-dən “Xalq qəzeti”nə verilən məlumata görə, sözügedən tanıtım-təcrübə səyahətində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Dövlət Mineral Xammal Ehtiyatlarından İstifadə Agentliyi, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Bakı Ali Neft Məktəbi, ADA Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti və Bakı Dövlət Universitetinin təmsilçiləri iştirak ediblər.
Köhnə versiyamızdan xəbərləri izlə