Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Baş Prokurorluq: “Çağrı Mərkəzi” və “Qaynar xətt” barədə yayılan məlumatlar həqiqətəuyğun deyil

Bəzi çap media vasitələri və internet informasiya resurslarında Baş Prokurorluğun 961 nömrəli “Çağrı Mərkəzi” və Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin “161-Qaynar xətt” əlaqə mərkəzinin ödənişli əsaslarla fəaliyyət göstərməsi barədə həqiqətəuyğun olmayan informasiyalar yayılıb.

 "Xalq qəzeti" xəbər verir ki, bu barədə Baş Prokurorluğun yaydığı məlumatda bildirilir.

Məlumatda deyilir ki, qeyd edilən əlaqə vasitələri ödənişsizdir, vətəndaşlar istənilən mobil operatorlardan və stasionar telefonlardan zəng etməklə müraciətlərini edə bilərlər.

“Bir daha bütün media subyektlərinə müraciət edərək bildiririk ki, gələcəkdə bu qəbildən neqativ hallara yol verildikdə tərəfimizdən qanunamüvafiq tədbirlər görüləcək”, - qeyd edilib.

5 İyul 2022 15:39 -
14 Avqust 2022 | 02:08
Həmişə birinci

Köhnə versiyamızdan xəbərləri izlə