Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

“Şuşa - qürurum mənim” ssenari müsabiqəsində iştirak üçün yaş məhdudiyyəti götürülüb

Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı “Şuşa - qürurum mənim” adlı ssenari müsabiqəsi elan edib.

İttifaqın mətbuat xidmətindən "Xalq qəzeti"nə verilən məlumata görə, qurumun İdarə Heyətinin qərarı ilə müsabiqənin şərtlərində müəyyən dəyişiklik edilib və vaxtı uzadılıb.

“İndiyə qədər yaşı 18-30 olan şəxslər müsabiqəyə ssenari təqdim edə bilərdisə, indi yaş məhdudiyyəti yoxdur, hər kəs ssenari təqdim edə bilər. Müsabiqənin vaxtı isə 20 oktyabra qədər uzadılır. Nəticələr isə 8 Noyabr-Zəfər Günü ərəfəsində elan olunacaq.

Digər şərtlər isə olduğu kimi qalır.

- Bütün şəxslər müsabiqəyə ssenari təqdim edə bilər.

- Müsabiqəyə bədii, qısametrajlı film ssenariləri qəbul olunur.

- Müsabiqəyə təqdim olunan ssenarinin hüquqları müəllifə məxsus olmalı, satılmamalı və çəkiliş dövründə olmamalıdır.

- Ssenari orijinal, yəni ekranlaşdırılmamış olmalıdır.

- Ssenarilər müsabiqəyə üç nüsxədə, çap olunmuş və CD diskdə rəqəmsal daşıyıcıda təqdim olunmalıdır.

- Şrift “Courier New”, ölçü 12 tələb olunur.

- Çap olunmuş ssenarilərdə müəllifin ad və soyadı qeyd olunmamalıdır.

- Müəllif ssenari ilə birgə tərcümeyi-hal, şəxsiyyət vəsiqəsi və iki foto şəkil təqdim etməlidir.

- Hər bir müəllif 1( bir ) ssenaridən artıq təqdim edə bilməz.

- Müsabiqəyə təqdim olunan ssenarilər geri qaytarılmır.

Ssenarilər Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının ünvanına göndərilməlidir.(Ünvan: Bakı ş. Bülbül pr, 18-30, 2-ci mərtəbə).

Müsabiqənin peşəkar münsiflər heyətini Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı təyin edir. Münsiflər heyəti ssenariləri məxfi seçim yolu ilə qiymətləndirəcək. Qalib ssenarilər pul mükafatı və diplomla təltif olunacaq. Ssenarilərin ekranlaşdırılması nəzərdə tutulur. Həvəsləndirici mükafatlar da veriləcək.

5 İyul 2022 12:14 -

Köhnə versiyamızdan xəbərləri izlə