Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Magistraturaya qəbul olmaq üçün ixtisaslaşma seçimi bu gün başa çatır

Ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul olmaq üçün ixtisaslaşma bu gün saat 23:59-dək davam edəcək.

Dövlət İmtahan Mərkəzindən "Xalq qəzeti"nə verilən məlumata görə, iyulun 5-i saat 09:15-ə olan məlumata əsasən, 12026 bakalavr (Azərbaycan bölməsi üzrə 11023, rus bölməsi üzrə 1003) öz ərizəsini təsdiq edib. 1250 bakalavr isə ixtisaslaşma seçimini yadda saxlasa da, hələlik ərizəsini təsdiq etməyib.

İxtisaslaşmaları seçib hələ təsdiq etməyən, eləcə də müsabiqədə iştirak etmək istəyən, lakin hələ ixtisaslaşma seçimi etməmiş digər bakalavrlara tövsiyə olunur ki, qeyd olunan müddətə qədər ərizələrini təsdiq etsinlər.

Müsabiqəyə yalnız bu gün saat 23:59-dək “Bakalavrın elektron ixtisaslaşma seçimi ərizəsi”ndə ixtisaslaşmaları seçmiş və təsdiq etmiş bakalavrlar buraxılacaqlar.

5 İyul 2022 11:58 - TƏHSİL
TƏHSİL

Köhnə versiyamızdan xəbərləri izlə