Ən son xəbərlər
Şabran Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2022” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində narkotik tərkibli bitkilərin külli miqdarda kultivasiyası ilə məşğul olmaqda şübhəli bilinən rayon sakinləri İslam Şeydayev və Vaqif Xudaverdiyevi saxlayıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxslərin meşə zolağında əkib yetişdirdiyi 30 ədəd yaş vəziyyətdə çətənə (kannabis) bitkisi aşkar olunaraq götürülüb.
Faktla bağlı Şabran Rayon Polis Şöbəsi tərəfindən cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Köhnə versiyamızdan xəbərləri izlə