Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Beş ayda 517 cinayət işinin istintaqı tamamlanıb

Bu ilin beş ayı ərzində prokurorluq orqanları tərəfindən istintaqı tamamlanmış cinayət işlərinin sayı açıqlanıb.

  Baş Prokurorluq bu barədə məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən prokurorluq orqanlarının fəaliyyətini əks etdirən rəqəmlər barədə kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə #gününrəqəmi həştəqi ilə məlumatlar yerləşdirilir. Bu günün rəqəmi isə 517-dir. Belə ki, 2022-ci ilin yanvar-may ayları ərzində prokurorluq orqanları tərəfindən 517 cinayət işinin istintaqı tamamlanıb.

Prokurorluq orqanlarının fəaliyyətindəki bu və ya digər yeniliklərdən xəbərdar olmaq üçün sosial şəbəkə səhifələrinin izlənilməsi tövsiyə olunur.

5 İyul 2022 10:52 - SOSİAL HƏYAT
SOSİAL HƏYAT

Köhnə versiyamızdan xəbərləri izlə