Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

ÜST Azərbaycana meymunçiçəyi test dəstlərini təhvil verib

 Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ölkə ofisi ehtiyac yarandıqda istifadə olunması üçün Azərbaycana 3000 meymunçiçəyi test dəsti təhvil verib. Rəsmi məlumatlara görə, Azərbaycanda hələ ki, meymunçiçəyi xəstəliyinə yoluxma halı müşahidə olunmayıb. Lakin 30 iyun 2022-ci il tarixinə olan məlumata əsasən, 58 ölkədə  5 min 322 virusa yoluxma və bir ölüm halı qeydə alınıb.

ÜST-nın Azərbaycandakı nümayəndəsi Dr. Hande Harmancı deyib: “Azərbaycan ÜST-dən bu test dəstlərini əldə edən ilk ölkələrdən biridir və sözügedən vasitələr yoluxma hallarının aşkarlanmasına və xəstəliyin yayılmasının qarşısının alınmasına yönəlmiş ictimai səhiyyə səylərinin müəyyənləşdirilməsinə kömək edəcək. Biz ölkələrə nəzarət, təmasların izlənməsi və yoluxmuş xəstələrin izolyasiya olunması daxil olmaqla sınaqdan keçirilmiş ictimai səhiyyə vasitələri ilə dəstək olmağı hədəfləyirik. Erkən diaqnostika bu səyin mühüm hissəsidir”.

 Xatırladaq ki, meymunçiçəyi adətən heyvanlarda müşahidə olunan bir virusun yaratdığı xəstəlikdir. Onun simptomları keçmişdə müşahidə olunan çiçək xəstəliyinin əlamətlərinə bənzəyir, lakin, o, klinik cəhətdən daha yüngüldür . Qeyd etmək yerinə düşər ki, effektiv peyvənd sayəsində 1980-ci ildə çiçək xəstəliyinin kökü kəsilib. Meymunçiçəyi virusu yoluxmuş heyvanlardan insanlara dolayı və ya birbaşa təmas yolu ilə ötürülür. İnsandan insana ötürülmə virusa bulaşmış dəri və ya zədələrlə, eyni yataqdan istifadə etmək yolu ilə, o cümlədən üz - üzə və tənəffüs damcıları ilə birbaşa təmasda baş verə bilər.

 

Z.BƏŞİRQIZI,

“Xalq qəzeti”

5 İyul 2022 10:39 - SƏHİYYƏ
SƏHİYYƏ

Köhnə versiyamızdan xəbərləri izlə