Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmə vacibdir

 “Sağlamlığın Qorunması” İctimai Birliyi Gədəbəy rayonunda “İnsan sağlamlığını təhdid edən xəstəliklər barədə maarifləndirmənin keçirilməsi” adlı 2-ci konfransını keçirib. Konfrans Azərbaycan Respublikasının Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin dəstəyi ilə təşkil edilib.

Konfrans iştirakçıları tərəfindən öncə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib və abidənin önünə təzə – tər gül dəstələri düzülüb.

 Sonra konfrans öz üşinə başlayıb. Gədəbəy Rayon İcra Hakimiyyətinin başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev konfransı açıq elan edərək  “Sağlamlığın Qorunması” İB-nin cəmiyyəti maarifləndirmək məqsədilə həyata keçirdiyi layihənin aktuallığı barədə söz açıb. İctimai birliyin bundan əvvəl də konfrans keçirdiyini, sağlamlıqla bağlı bunun ikinci konfrans olduğunu və bu sahədə insanları maarifləndirməyin böyük rolundan danışıb: “Hər bir insan bütün həyatı boyu heç olmasa, bir – iki dəfə xəstələnir. İnsan xəstəliklərıə bağlı nə qədər çox məlumatlı olsa, o qədər ya xəstəlikdən uzaq qalar, ya da, tez sağalar. Bu mənada “Sağlamlığın Qorunması” İctimai Birliyinin gördüyü işi yüksək dəyərləndirirəm”. O, çıxışında, həmçinin təşkilatın sədri Yazgül Abdıyevanın el-obasına bağlı, sakinlərin problemlərinə diqqət və qayğı ilə yanaşan, onlara yardım edən vətənpərvər bir xanım olduğunu vurğulayıb. Pandemiya dövründə daim rayondakı vəziyyətlə maraqlandığını, qayğı və diqqətini əsirgəmədiyini diqqətə çatdırıb.

Sonra çıxış edən “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva qonaqları və iştirakçıları salamlayaraq, hepatit virusları arasında ən təhlükəli olan hepatit B virusu ilə bağlı məlumat verib və bu cür məlumatların, maarifləndirmə tədbirlərinin hər zaman keçirilməsinin cəmiyyət üçün faydalı olduğunu və vacibliyini vurğulayıb.

 “Sağlam bəşəriyyətin təhdidi – Hepatit” adlı video çarxın nümayişindən sonra məruzəçilərə söz verilib. Həkimlər Afət Məmmədli “Hepatit B-nin dəqiq təyini üçün laborator diaqnostika”, Təranə Bağırova “Pediatriyada Hepatit B”,  Akif Həsənov  “Hepati B-dən qorunma üsulları”, “Hepatit B virusu” mövzularında  məruzələrlə çıxışlar ediblər.

Gədəbəy Rayon İcra Hakimiyyətinin Başçısının səlahiyyətlərini icra edən Natiq Nağıyev tərəfindən Yazgül Abdıyevaya Gədəbəy rayonunda gördüyü işlər, göstərdiyi dəstəyə görə fəxri fərman təqdim edilib.

Konfransın sonunda iştirakçılar tərəfindən verilən suallar cavablandırılıb və  təkliflər səsləndirilib.

 

Zərifə BƏŞİRQIZI,

“Xalq qəzeti”

5 İyul 2022 10:24 -

Köhnə versiyamızdan xəbərləri izlə