Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İpək Yolu Universitetinin nümayəndələri ATMU-da olub

Özbəkistan Respublikasının İpək Yolu Universitetinin səlahiyyətli nümayəndələri Azərbaycan Turizm və Menecment Universitetində olublar. Universitetin rektoru İlham Mədətov ölkəmizdə turizmin müasir vəziyyəti, əldə olunan uğurlar, həmçinin hər iki ölkə arasında diqqətçəkən əlaqələrin inkişafından bəhs edib. 

Söhbət əsnasında ATMU-da tədris prosesi, universitetlərarası əlaqələrin daha da inkişaf etdirilməsi, o cümlədən beynəlxalq təhsil, turizm layihələri çərçivəsində birgə iştirakla bağlı fikir mübadiləsi aparılıb.

Təhsil müəssisəsinin mətbuat xidmətindən bildiriblər ki,  Azərbaycan Turizm və Menecment Universiteti ilə Özbəkistanın İpək Yolu Universiteti  arasında akademik  və elmi sahədə əməkdaşlıq 2019 – cu ildən başlanıb və davam edir.

 

Z.BƏŞİRQIZI, “Xaıq qəzeti”

5 İyul 2022 10:17 -

Köhnə versiyamızdan xəbərləri izlə