Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Xarici xəbərlər

Rusiya

VKS ilk yeni Su-34M təyyarələri alıb

Rusiya Aerokosmik Qüvvələri (VKS) 2022-ci ildə ilk Su-34M təyyarələrini alıb. Bu barədə “ANNA-NEWS” “Telegram” kanalı məlumat yayıb.

Qeyd edilir ki, Su- 34M yenilənmiş avionika və “Sıç” asma konteynerlərdən istifadə etmək imkanına malikdir. Bildirilir ki, Su-34 yerüstü, suüstü və hava hədəflərini məhv etmək, həmçinin havadan kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün nəzərdə tutu­lub. Döyüş maşınları pilotlar tərəfindən təyinatı üzrə təlim uçuşları üçün istifadə olunur.

Xəbəri “lenta.ru” yayıb.

Yer Günəşdən uzaqlaşır

Yer planeti afeliondan, yəni öz orbitinin Günəşdən ən uzaq nöqtəsindən keçir. Bu zaman planetimiz ulduzdan 152 milyon km-dən çox məsafədədir. Bu barədə Moskva Planetariumunun saytında məlumat verilir. Afelion keçidi o deməkdir ki, bu gün Günəş Yerdən görünən ən kiçik diametrə malikdir.

Xatırladaq ki, Yer Günəş ətrafında 365 gün 6 saat 9 dəqiqə 10 saniyəyə tam dövr edir. Planet elliptik orbitdə orta hesabla 29,765 km/san sürətlə hərəkət edir.

Xəbəri TASS yayıb.

Yeni “SessionManager” virusu dövlət qurumlarında casusluq edir

“Kaspersky Lab” cinayətkarlara dövlət qu­rumlarının və qeyri-kom­mersiya təşkilatlarının korporativ İT infrastruk­turuna çıxış əldə etməyə imkan verən yeni “Sessi­onManager” virusu aşkar edib. O, zərərli proq­ramları yaya, korporativ məktubları oxuya və yoluxmuş serverləri uzaqdan idarə edə bilər.

Virus Avropa, Afrika, Cənubi Asiya, Yaxın Şərq və Rusiyada yayılıb. SessionManager hazırda 24 şirkətdə 34 serverdə mövcuddur. Əksər onlayn skanerlər tərəfindən zəif tanınır, buna görə də virus tez-tez gözə dəymir.

Xəbəri “Kommersant.ru” yayıb.

Avstraliya

Sanksiya qərarı

Avstraliya 16 rusi­yalı nazirə qarşı sank­siya tətbiq edəcək. Bu haqda Avstraliyanın Baş naziri Entoni Albanese açıqlama verib.

“Avstraliya daha 16 rusiyalı nazir və oliqarx üçün sanksiya və səyahət qadağası tətbiq edəcək. Avstraliyanın sanksiya tətbiq etdiyi rusların ümumi sayı 843 nəfərə çatacaq”, - Baş nazir qeyd edib.

Qeyd edək ki, Avstraliyanın Baş naziri Ukraynaya 14 zirehli transportyor və 20 “Bushmaster” maşını təhvil verəcəyini vəd edib.

Xəbəri CNN yayıb.

Afrika

Turnir təxirə salınıb

2023-cü ilin yayında Fil Dişi Sahilində keçirilməli olan Afrika Millətlər Kuboku təxirə salınıb. Bildirilir ki, turnir 2024-cü ilin yanvar-fevral ayla­rında keçiriləcək. Bu barədə Afrika Futbol Konfederasi­yasının prezidenti Patris Motsepe açıqlama verib. Motsepe təqvim dəyişikliyinin iqlimlə əlaqəli olduğunu deyib. O, yeni yaradılan Afrika Super Liqasının ilk mövsümünün isə gələn ilin avqustunda keçiriləcəyini bildirib. Turnirdə FİFA reytinqinə əsasən seçiləcək 24 komanda iştirak edəcək. Bu komandalar 3 regional qrupa bölünəcək və 16 klub pley-offa yüksələcək.

Xəbəri “goal.com” yayıb.

Hazırladı: Elçin ABBASOV, “Xalq qəzeti”

5 İyul 2022 08:19 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 03:43
Rusiyada yoluxma yenidən artdı
18 Avqust 2022 | 03:04
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə