Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Yaponiyada tayfun həyəcanı

“Milliyet.com.tr”nin yaydığı məlumata görə, Yaponiyada bu gün gözlənilən “Aere” tayfunu səbəbiylə Miyazaki əyalətində 16 min insan təxliyəyə çağırılıb.

Keçən həftə həddindən artıq istilərin baş verdiyi Yaponiyada bu dəfə tayfun həyəcanı verilib. Yaponiya Meteorologiya Agentliyi Şərqi Çin dənizində şima­la doğru irəliləyən “Aere” tayfunun bu gün ölkənin cənub-qərbindəki Kyuşu adasına çatacağını açıqlayıb. Cənubi Kyuşu və Şikoku ada­sında 200 millimetrə qədər yağıntının olacağı açıqlanıb. Ekspertlər əhalini daşqın və sürüşmə riskinə qarşı diqqətli olmağa çağırıb. Miyazaki ştatının Niçinan şəhərinin administrasiyası sürüşmə təhlükəsi səbəbindən 16 min insanı təxliyə etməyə çağırıb. Digər tərəfdən, saatda 90 kilometrə çatan küləklərə səbəb olan tayfu­nun çərşənbə gününə qədər Kyuşu və ölkənin digər qərb bölgələrinə güclü leysan və küləklər gətirəcəyi açıqlanıb.

Xatırladaq ki, Yaponiyada son illərdə müşahidə olu­nan ən şiddətli tayfun olan Hagibis tayfunu 2019-cu ildə ölkəni vurmuş, ən azı 77 nəfər həyatını itirmiş, 9 nəfər itkin düşmüş kimi qeydə alınmışdır. Ölkədə 200 çayın daşmasına səbəb olan və 10 mindən çox evə maddi ziyan vuran tayfun 140 müxtəlif bölgədə sürüşmələrə səbəb olub. Minlərlə ev təsərrüfatlarında elektrik və su kəsilib.

Rövşən TOĞRUL,

“Xalq qəzeti”

5 İyul 2022 09:18 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR

Köhnə versiyamızdan xəbərləri izlə