Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Avstraliya Ukraynaya əlavə 100 milyon dollarlıq hərbi yardım edəcək

Avstraliyanın Ukraynaya 14 zirehli BTR və 20 zirehli döyüş maşını verəcəyi məlum olub. UNİAN agentliyi xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Entoni Albenizi Kiyevdə Ukrayna Prezidenti Volodimir Zelenski ilə birgə brifinqdə bildirib.

Onun sözlərinə görə, Avstraliya hökuməti və xalqı Rusiyanın hücumuna məruz qalan Ukraynanı birmənalı olaraq dəstəkləyir və Kiyevə lazımi hərbi və humanitar yardımlar göstərir.

“Avstraliya üstünlük əldə etmək və qalib gəlmək, öz suverenliyini qorumaq üçün lazım olduğu müddətcə Uk­rayna hökumətini və xalqını dəstəkləməyə davam etməyə hazırdır. Siz qanunun aliliyini, beynəlxalq hüquq nizamını müdafiə edirsiniz. Bu gün əlavə olaraq 100 milyon dollarlıq hərbi texniki yardımı elan edəcəyik. Ümumilikdə, 390 milyon dollar vermişik. Biz həmçinin əlavə 14 BTR və 20 “Bushmaster” zirehli döyüş maşını təqdim edirik”.

Ukraynanın dövlət baş­çısı Volodimir Zelenski, öz növbəsində Avstraliyanın ölkəsinə hərtərəfli dəstəyini yüksək dəyərləndirib. O bildi­rib ki, Ukrayna xalqı ölkənin ərazi bütövlüyü uğrunda haqq işini qələbəyə kimi davam etdirəcək.

Ukrayna Prezidenti Qərb dövlətlərini bir daha Uk­raynaya hərbi və maliyyə dəstəyini gücləndirməyə çağırıb. V.Zelenski brifinqdə cəbhədəki mövcud vəziyyət barədə də jurnalistləri məlumatlandırıb.

Mahmud QƏRİBOV,

“Xalq qəzeti”

5 İyul 2022 09:14 - XARİCİ XƏBƏRLƏR
XARİCİ XƏBƏRLƏR
18 Avqust 2022 | 03:43
Rusiyada yoluxma yenidən artdı
18 Avqust 2022 | 03:04
Xarici xəbərlər

Köhnə versiyamızdan xəbərləri izlə