Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Ağcabədi rayonunda mülki müdafiə dəstələri ilə nümunəvi mülki müdafiə məşqi keçirilib

Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzi tərəfindən Ağcabədi rayon hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələri ilə xəbərdarlıq və toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib.

“Fövqəladə hadisələr zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin xəbərdarlıq toplanışı siqna­lı üzrə fəaliyyəti" mövzusunda keçirilən tədbirə FHN Qarabağ Regional Mərkəzinin aidiyyəti struktur bölmələri, Ağcabədi Rayon İcra Hakimiyyətinin Mülki müdafiə qərargahı və Fövqəladə Hallar Komissiyası, ərazi mülki müdafiə qüvvələrinin şəxsi heyəti cəlb olunub.

Məşqin keçirilməsində məqsəd ərazi mülki müdafiə qüvvələrinin fövqəladə hallara ope­rativ reaksiyavermə hazırlığı səviyyəsinin yoxlanılması və böhran vəziyyətlərində birgə fəaliyyətlərin uzlaşdırılması, komandir-rəis heyətinin idarəetmə üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi, şəxsi heyətə xəbərdarlıq top­lanışı üzrə əməli vərdişlərin aşılanması olub.

Tədbirdə Fövqəladə Hallar Nazirliyi Qarabağ Regional Mərkəzinin rəisi polkovnik Mirəli Fey­ziyev və Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov iştirak ediblər.

Məşq zamanı hərbiləşdirilməmiş ərazi mülki müdafiə dəstələrinin fövqəladə hal barədə xəbərdar edilməsi, xəbərdarlıq toplanışı siqnalı ilə qaldırılması, toplanma məntəqəsinə yürüş, toplanış və idarəetmənin təşkili üzrə fəaliyyətləri yoxlanılıb, həmçinin funksional vəzifələrlə bağlı məruzələr dinlənilib.

“Xalq qəzeti”

5 İyul 2022 09:00 -

Köhnə versiyamızdan xəbərləri izlə