Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Assosiasiya işsiz şəxslərin peşə hazırlığına start verir

DAİR Hotellər və Resto­ranlar Assosiasiyası təhsil-tədris, maarifləndirmə və elm ocağı olan ATHEC Azərbaycan Turizm və Qonaqpərvərlik Tədris Mərkəzi və Barattson Tədris Mərkəzi ilə birgə ƏƏSMN tabeliyində olan Dövlət Məşğulluq Agentliyi­nin dəstəyi ilə işaxtaran və işsiz şəxslərin peşə hazır­lığının təşkilində növbəti ixtisaslar üzrə qrupların toplanmasına start verir.

Assosiasiyadan bildirilib ki, mütəxəssislər sənayenin ehtiyac, tələb və çağırışlarını daimi öyrənərək peşə ixtisasları sırasından ən populyar və daha çox tələb edilən ixtisasları seçir və tədris proqramlarının tətbiqini həyata keçirir. Növbəti seçilmiş peşə hazırlığı istiqamətləri – “Barista”, “Hotel Xadiməsi” və “Ofisiant” peşə ixtisalarıdır. Peşə hazırlığı proqramını müvəffəqiyyətlə keçmiş şəxslər işlə təmin edilmə imkanları əldə edirlər. Təlim müddətində müdavimlər təqaüd alırlar və peşə hazırlığı keçmək üçün zəruri tədris və təcrübə ləvazimatları ilə təmin olunurlar. Kursun sonunda məzunlara sertifikatlar verilir.

Sözügedən ixtisas üzrə peşə hazırlığı kursuna cəlb olunmaq üçün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin DOST Mərkəzlərinə, digər inzibati ərazilər üzrə isə Dövlət Məşğulluq Agentliyinin yerli qurumlarına müraciət etmək, işsiz kimi qeydiyyata düşmək lazımdır. Əlavə məlumatları həftənin I-V günləri, 11.00-17.00 saatlarında 0124347877 / 0506610075 telefon və whatsapp vasitəsilə və yaxud [email protected] elektron poçt ünvanından əldə etmək olar.

“Xalq qəzeti”

5 İyul 2022 08:55 -

Köhnə versiyamızdan xəbərləri izlə