Ən son xəbərlər
№ 254 Bakı şəhəri, 2 iyul 2022-ci il
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli Qərarında dəyişiklik edilməsi barədə
Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:
“Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularının hərbi geyim forması və əşya əmlakı ilə təminat normaları”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 9 noyabr tarixli 176 nömrəli Qərarında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2007, № 11, maddə 1178; 2009, № 11, maddə 933; 2010, № 1, maddə 55; 2016, № 8, maddə 1455; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 4 aprel tarixli 124 nömrəli Qərarı) dəyişikliklər təsdiq edilsin (əlavə olunur, dərc edilmir).
Əli ƏSƏDOV
Azərbaycan Respublikasının Baş nazir
Köhnə versiyamızdan xəbərləri izlə