Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İşğaldan azad olunmuş ərazilərin bərpasına ayrılan vəsait artırıldı

 Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin bərpa və yenidən qurulması üçün ayrılan vəsait artırılıb.

Prezident İlham Əliyev bu barədə “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanuna edilən dəyişikliyi təsdiqləyib.

Dəyişikliyə əsasən, işğaldan azad olun­muş ərazilərin yenidən qurulması və bərpası üçün bu il əlavə olaraq 470 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.

Qeyd edək ki, bundan əvvəl “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi haqqında” qanunda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası üçün 2 milyard 200 milyon manat vəsait ayrılması nəzərdə tutulmuşdu.

5 İyul 2022 07:48 -

Köhnə versiyamızdan xəbərləri izlə