Ən son xəbərlər
Belçikanın sabiq baş naziri Yves Leterme Trend-ə özəl açıqlamasında bildirib ki, Azərbaycan vacib enerji təchizatçısı kimi regionda mühüm rol oynayır.
Yves Leterme qeyd edib ki, Azərbaycan alternativ enerji sahəsində layihələrin həyata keçirilməsi üçün ən önəmli yerlərdən biridir: “Avropada enerji böhranı şəraitində Azərbaycan vacib enerji təchizatçısı kimi regionda əhəmiyyətli yerə sahibdir. Həmçinin onu da qeyd etməliyik ki, Azərbaycan regional və qlobal problemlərin həllində də artan rol oynayır. Əminəm ki, Azərbaycan bərpa olunan enerji, gələcəyin yanacağının istehsalı sahəsində də uğurla inkişaf edəcəkdir”.
Cənubi Qafqaz regionunda sabitlik və sülhün bərqərar edilməsindən bəhs edən sabiq baş nazir Azərbaycanın bu istiqamətdə atdığı addımları təqdirəlayiq hesab edib: “Azərbaycan Qarabağda indiyə qədər görünməmiş iqtisadi inkişaf nümunəsinə və regionda sülhün bərpasının simvoluna çevrilib”.
Köhnə versiyamızdan xəbərləri izlə