Ən son xəbərlər
İsveçin Baş naziri Maqdalena Andersson “Almedalen” Siyasi Forumunda çıxışı zamanı bildirib ki, İsveç Türkiyə ilə razılaşmanın şərtlərinə və terrorçuların ekstradisiyasına dair razılaşmaya əməl edəcək.
Baş nazir razılaşmanın təfərrüatlarını şərh etməkdən imtina edərək bildirib ki, terror fəaliyyətində iştirak etməyən şəxslər narahat olmamalıdır: “İsveç vətəndaşları milli və beynəlxalq qanunlara uyğun olaraq ekstradisiya edilməyəcək. Əgər terror fəaliyyətində iştirak etməmisinizsə, narahat olmağa dəyməz”.
Maqdalena Andersson İsveç və Finlandiyanın NATO-ya daxil olması prosesi çərçivəsində Skandinaviya ölkələrinin Türkiyə ilə üçtərəfli memorandum imzalayaraq hansı güzəştlərə getməsi ilə bağlı sualları şərh etməyib.
Baş nazir SVD qəzetinə açıqlamasında da qeyd edib ki, biz Türkiyə ilə razılaşmanı tam dəstəkləyirik: “Türkiyə əvvəllər də bizə ekstradisiya ilə bağlı müraciətlər edib. Biz həmin müraciətlərə fərqli yanaşırdıq. Bəzən deportasiya barədə qərar qəbul edirdik, lakin çox vaxt bunu etmirdik. Biz Türkiyə ilə razılaşmaya yüz faiz əməl edəcəyik”.
“Xalq qəzeti”
Köhnə versiyamızdan xəbərləri izlə