Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

Litva şirkətləri Qarabağda bərpa layihələrində iştirakla bağlı müzakirələr aparır

Litvanın Azərbaycandakı səfiri Egidius Navikas bildirib ki, artıq Litva şirkətləri Qarabağda bərpa layihələrində iştirakla bağlı müzakirələr aparır.

Səfir deyib: “Daha çox Litva şirkəti bərpa işlərində iştirak etməkdə maraqlı ola bilər, xüsusən Azərbaycanın bu regionlarda yaşıl zona yaratmağı , “ağıllı” kəndlər və “ağıllı” şəhərlər qurmağı planlaşdırdığını nəzərə alsaq, Litvanın da daxil olduğu Avropa İttifaqı ölkələri bu sahələrdə kifayət qədər yaxşı təcrübəyə malikdir”.

Egidius Navikas qeyd edib ki, Litva me­marlıq abidələrinin bərpasında Azərbaycana kömək edə bilər: “Yardım edə biləcəyimiz digər sahə Qarabağda və ətraf rayonlarda mədəni irsin bərpasıdır. Bu sahədə litvalı ekspertlər artıq azərbaycanlı həmkarları ilə əlaqə saxlayırlar”.

Diplomatın sözlərinə görə, Litva Azərbaycanla innovativ və yüksək texno­logiyalı sektorlarda, xüsusilə, İKT və bərpa olunan enerji sektorlarında, kənd təsərrüfatı və qida sənayesində əməkdaşlıq imkanlarının tapılmasında maraqlıdır.

5 İyul 2022 08:42 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə