Köhnə versiya

Ən son xəbərlər

Son buraxılış
Arxiv

İranın İslam Şurası Məclisinin sədri: İran Şərqi Zəngəzur və Naxçıvan arasında kommunikasiya bağlantılarının yaradılmasına hər zaman dəstək verməyə hazırdır

İyulun 4-də İrana rəsmi səfəri çərçivəsində xarici işlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının İslam Şurası Məclisinin sədri Məhəmməd Baqer Qalibaf ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən bildiriblər ki, na­zir Ceyhun Bayramov 2020-ci ilin dekabr ayında İrana səfərini və səfər çərçivəsində keçirdiyi səmimi görüşə isti­nad edib, qarşılıqlı səfərlərin ikitərəfli əlaqələrin inkişafın­dakı əhəmiyyətini ifadə edib.

Nazir Azərbaycan və İran prezidentlərinin Aşqa­bad şəhərində keçirdikləri görüşü, habelə Azərbaycan Respublikası ilə İran İs­lam Respublikası arasında iqtisadi, ticarət və humanitar sahələr üzrə Dövlət Komis­siyasının həmsədrlərinin görüşünü, İran XİN rəhbərinin Azərbaycana səfərini, eyni zamanda, xarici işlər nazirləri arasında baş tutan telefon danışıqlarının əhəmiyyətini, İran Parlamen­tinin nümayəndə heyətinin Azərbaycana səfərini, parlamentlərarası əlaqələrin inkişafı və bu istiqamətdə parlamentlərarası əlaqələr üzrə işçi qrupla­rının görüşlərinin xüsusi əhəmiyyət kəsb etdiyi bildirib.

Nazir Ceyhun Bayramov əməkdaşlığın parlament ölçüsü üzrə İran Parlamenti­nin vitse-spikerinin Qoşulma­ma Hərəkatının Parlament Şəbəkəsinin Bakı konfransın­da iştirakını qeyd edib.

M.B.Qalibaf Azərbaycan və İran arasında mədəni və dini qardaşlıq əlaqələrinə istinad edərək İran İslam Respublikasının qonşu ölkələr ilə əlaqələrinin inkişafının prioritet məsələ olduğunu diqqətə çatdırıb. O, İran tərəfinin iqtisadi və ticari əlaqələrin inkişafında maraqlı olduğunu vurğulayıb.

Məhəmməd Baqer Qalibaf Şərqi Zəngəzur İqtisadi Rayonu və Naxçıvan Mux­tar Respublikası arasında kommunikasiya bağlan­tılarının yaradılmasında İranın hər zaman dəstək verməyə hazır olduğunu və bu layihələrin həyata keçirilməsində İran tərəfinin qərarlı olduğunu bildirib. Eyni zamanda, İran İslam Res­publikasının Azərbaycanın Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında bərpa və quruculuq işlərində iştirak etməkdə maraqlı olduğunu ifadə edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə cari regional vəziyyət, postmünaqişə dövründə Azərbaycanın sülhün və sabitliyin bərqərar olması üçün irəli sürdüyü təkliflər, bu istiqamətdə atdığı addımlar barədə məlumat verib. Eyni zamanda, İranla sərhəddə Azərbaycanın 132 kilometrlik sərhədinin işğaldan azad edilməsinin əməkdaşlıq üçün yeni imkanlar yaratdığı qeyd edilib.

Görüşdə, həmçinin qar­şılıqlı maraq doğuran digər regional məsələlər müzakirə edilib, regionda sülh və sabitliyin təmin olunmasının əhəmiyyəti vurğulanıb.

5 İyul 2022 07:40 - SİYASƏT
SİYASƏT
17 Avqust 2022 | 00:58
Lider qətiyyəti

Köhnə versiyamızdan xəbərləri izlə